Overview
Air-Freight & Road-freight Transportation Specialist Jobs in Baku City, Baku Ekonomic Zone, Azerbaijan at ASE Express, OCS Worldwide Logistics
Title: Air-Freight & Road-freight Transportation Specialist
Company: ASE Express, OCS Worldwide Logistics
Location: Baku City, Baku Ekonomic Zone, Azerbaijan
ASE Asiya Afrika Hızlı Karqo ve Dağıtım MMC 1994-cü ildən etibarən beynəlxalq yükdaşımaları və kuryer xidmətləri sahəsində qlobal miqyasda fəaliyyət göstərən şirkətimiz, dünyanın 230-dan çox ölkəsinə “qapıdan-qapıya” çatdırılma, hava, quru və dəniz yolu daşımaları üzrə lider logistika həlləri təqdim edir.
Sizi nələr gözləyir?
Siz sadəcə yüklərin daşınmasını deyil, qlobal ticarətin zəncirvari proseslərini idarə edəcəksiniz. Beynəlxalq tərəfdaşlarla birbaşa ünsiyyət, mürəkkəb logistik həllərin tapılması və dinamik iş mühiti bu vəzifənin əsasını təşkil edir.
Əsas vəzifə öhdəlikləri:
- Hava və Quru yolu (Air & Road) ilə idxal-ixrac proseslərinin başdan-sona idarə edilməsi;
- Ən optimal marşrutların seçilməsi və daşınma xərclərinin minimallaşdırılması;
- Yüklərin daşınması ilə bağlı gömrük orqanları və daşıma tərəfdaşları ilə operativ əlaqələrin qurulması və idarə olunması;
- Beynəlxalq daşıma normalarına və standartlarına uyğun olaraq sənədləşmənin və əməliyyatların dəqiqliyinin təmin edilməsi;
- Yüklərin giriş-çıxışına nəzarət, logistika axınının izlənməsi və müvafiq hesabatların hazırlanması.
Tələblər:
- Təhsil: Ali təhsil (Logistika, Beynəlxalq münasibətlər, İqtisadiyyat və ya oxşar sahə);
- Təcrübə: Hava və quru yolu taşımaları üzrə minimum 2–3 il logistika təcrübəsi;
- Gömrük və beynəlxalq logistika sənədləri ilə işləmək bacarığı;
- Dil bilikləri: İngilis dili — yüksək səviyyədə, Rus dili — arzuolunandır;
- Kompyuter bilikləri: MS Office proqramlarından (xüsusilə Excel) yüksək səviyyədə istifadə bacarığı;
- Effektiv biznes kommunikasiyası, peşəkar yazışma etikası, yüksek məsuliyyət və punktuallıq.
İş şərtləri:
- Əmək haqqı: Müsahibə əsasında (namizədin bilik və təcrübəsinə uyğun) müəyyən olunur.
- İş rejimi: Tam ştat | 6 günlük iş qrafiki (şənbə günü yarım gün/növbəli).
Müraciət qaydası:
Əgər beynəlxalq logistika proseslərini dərindən bilirsinizsə və bu sahədə peşəkar karyeranızı inkişaf etdirmək istəyirsinizsə, CV-nizi elvira@ase.az ünvanına göndərə bilərsiniz.